Aug 18, 2019 21:47 Asia/Baku
  • Fransada ekologiya fəalları nüvə tullantılarının vəziyyətinə etiraz ediblər
    Fransada ekologiya fəalları nüvə tullantılarının vəziyyətinə etiraz ediblər

Fransada yaşıl sülh fəalları bu ölkənin nüvə tullantılarının məhv edilməsi tərzinə və ya onun ətraf mühit üçün olan nəticələrinə etiraz ediblər.

Yaşıl sülh fəalları Fransanın şimal-qərbindəki Manş əyalətində yerləşən "La Hague"  mərkəzində bu ölkənin ən nüvəli məntəqəsinin qarşısında etiraz aksiyası keçiriblər.

"La Hague"  mərkəzinin nüvə tullantılarının məhv edilməsi borusunun çıxış hissəsinə yaxın yerdə keçirilən bu toplantıda Fransanın yaşıl sülh fəalları bu tullantıların dənizə buraxılmasına və onun çirkləndirilməsinə etiraz ediblər.

Fransada yaşıl sülh təşkilatının nüvə bölməsinin məsul şəxsi Yanik Rusule etirazçılar qarşısında deyib: "La Hague"  mərkəzi maksimum radioaktiv maddələrə malik olan bir zavoddur və son dərəcə çirkləndiricidir.

Teqlər

Şərhlər