Sep 11, 2019 17:32 Asia/Baku
  • ABŞ militarist siyasəti və maksimum təzyiqi kənara qoymalıdır
    ABŞ militarist siyasəti və maksimum təzyiqi kənara qoymalıdır

İran İslam Respublikasının prezidenti İran xalqının düşmənlərin maksimal təzyiqi qarşısındakı strategiyasının müqavimət olduğunu bildirib. Deyib ki, Amerika militaristləri kənara qoyaraq, militarist siyasət və maksimum təzyiqlərdən əl çəkməlidir.

Çərşənbə günü Nazirlər Kabinetinin iclasında çıxış edən Həsən Ruhani İran İslam Respublikasının məntiqinin dinc nüvə texnologiyasından istifadə olduğunu vurğulayıb. O, söyləyib: Nüvə anlaşmasında İranın məntiqi, öhdəlik qarşısında öhdəlikdir və qarşı tərəflər nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirərlərsə, İran da yerinə yetirəcəkdir.

İran prezidenti sonra belə qeyd edib: Nüvə anlaşması üzrə öhdəlikləri azaltmağın üçüncü addımı İran İslam Respublikasının ən mühüm addımı sayılır və əvvəlki iki addımla müqayisəediləsi deyildir və lazım gələrsə, İran gələcəkdə yenə də digər addımları atacaqdır.

Ruhani İranın heç bir öhdəliyi pozmadığını, əksinə digər tərəflərin öz öhdəliklərini pozduqlarını söyləyib.

Teqlər

Şərhlər