Sep 17, 2019 11:54 Asia/Baku
  • Rusiya Çin hərbi qüvvələrinin iştirakı ilə böyük manevr keçirir
    Rusiya Çin hərbi qüvvələrinin iştirakı ilə böyük manevr keçirir

Rusiya bir terror hücumu ilə mübarizə ehtimalı ilə 128 min qüvvəni, o cümlədən çinli hərbçiləri səfərbər edərək, bu ölkənin mərkəzində böyük hərbi manevrə başlayıb.

Rusiya müdafiə nazirliyi bir bəyanatda bildirib ki, bu ölkənin Qazaxıstanla sərhədində yelərşən Orenbur bölgəsində keçirilən "Sentr-2019" manevrində 20 mindən çox hərbi avtomobil, 600 uçan aparat və 15 gəmi iştirak edir.

Bu manevrdə Rusiya əsgərlərindən əlavə, Çin, Hindistan, Pakistan və bir neçə Orta Asiya ölkəsindən də hərbçilər iştirak edirlər. Həmçinin bu manevrdə 20-yə yaxın Çin təyyarəsi və vertolyotu iştirak edir.

Bəyanatda deyilir ki, bu manevrin ssenarisi terrorçuluq mahiyyətinə malik olan və Rusiya ilə müharibəyə girmiş xəyali bir ölkənin hərəkətləri ilə mübarizədir.

Teqlər

Şərhlər