Sep 25, 2019 18:10 Asia/Baku
  • İngiltərə rəsmisindən etiraf
    İngiltərə rəsmisindən etiraf

İngiltərənin keçmiş xarici işlər naziri bir müsahibədə Qərb ölkələrinin İran İslam Respublikası qarşısındakı siyasətlərinin uğursuz qaldığını etiraf edib.

İngiltərənin keçmiş xarici işlər naziri Ceremi Hant BBC ilə müsahibədə əlavə edib: Amerika ilə Avropanın nüvə anlaşması qarşısında fərqli yollar getdikləri bir halda onların siyasəti kəsərsizdir.

Ceremi Hant həmçinin deyib: İngiltərə hökuməti bu ölkə məhkəməsinin 400 milyon funt-sterlinqlik bir müqavilənin məbləğinin İran dövlətinə qaytarılması barədəki hökmünü yerinə yetirəcək.

İngiltərə hökumətinin İrana borcu ötən əsrin 70-ci onilliyində bağlanmış silah müqaviləsinə qayıdır. Bu müqaviləni İngiltərənin ozamankı hökuməti İranın devrilmiş şahı ilə bağlamışdı.

Bu pul İran İslam İnqilabından öncə İngiltərəyə ödənilmişdi, amma müqavilədə qeyd olunan hərbi təchizatlar heç vaxt İran dövlətinə təhvil verilmədi.

Teqlər

Şərhlər