Sen 28, 2019 21:42 Asia/Baku
  • C. Koreyanın iki tankerində yanğın baş verib
    C. Koreyanın iki tankerində yanğın baş verib

Cənubi Koreyanın 25 min tonluq tankeri 25 ekipaj üzvü ilə bu ölkənin cənubundakı Ulsan limanında yanğına düçar olub.

Bu hadisə yerli vaxtla bu gün gunorta baş verib. Partlayış və yanğının genişlənməsilə yaxınlıqda lövbər salmış Cənubi Koreyanın digər bir tankeri də yanğına məruz qalıb.

İki tankerin bütün ekipaj üzvləri xilas ediliblər. Amma 9 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır elan olunub.

İndiyədək bu hadisənin baş verməsinin səbəbi barədə məlumat daxil olmayıbdır.

Teqlər

Şərhlər