Borrell: Avropa Birliyi nüvə anlaşmasını qorumalıdır
https://azeri.sahartv.ir/news/dünya-i350115-borrell_avropa_birliyi_nüvə_anlaşmasını_qorumalıdır
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi deyib: Öz maraqlarımız və təhlükəsizliyimizi müdafiə etmək üçün bu anlaşmanı qorumalı və təhlükəli hadisələrdən çəkinməliyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2019 09:41 Asia/Baku
  • Borrell: Avropa Birliyi nüvə anlaşmasını qorumalıdır
    Borrell: Avropa Birliyi nüvə anlaşmasını qorumalıdır

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi deyib: Öz maraqlarımız və təhlükəsizliyimizi müdafiə etmək üçün bu anlaşmanı qorumalı və təhlükəli hadisələrdən çəkinməliyik.

Noyabrın birindən Federika Moqerinini əvəz edəcək Cozef Borrell dünən gecə Avropa Parlamentinin iclasında vurğulayıb ki, nüvə anlaşmasının qorunması Avropa Birliyində siyasi birlik üçün həyatidir.

Amerikanın nüvə anlaşmasından çıxmasını tənqid edən Borrell bildirib ki, bu hərəkət beynəlxalq sülh və təhlükəsizliyin zəifləməsinə səbəb olacaq.