Oct 23, 2019 08:40 Asia/Baku
  • Türkiyə və Rusiya Suriyanın şimalı barədə razılıq əldə ediblər
    Türkiyə və Rusiya Suriyanın şimalı barədə razılıq əldə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğan Soçi şəhərində bir neçə saatlıq görüşdən sonra Suriyanın şimalının təhlükəsizlik durumu barədə on maddəlik memorandum imzalayıblar.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğanın ikitərəfli müzakirələri 6 saat 20 dəqiqədən sonra başa çatıb.

Rusiya və Türkiyə başçılarının bu memorandumunun ilk bəndində Suriyanın ərazi bütövlüyünün qorunması vurğulanıb.

Rusiya və Türkiyə həmçinin Suriyada terrorizmin bütün forma və təzahürləri ilə mübarizə üzrə öz əzmkarlıqlarını vurğulayıblar.

Bu anlaşma sənədinə əsasən, kürd yarımhərbçilərin bütün bölmələri Mənbic və Təl-Rəfətdən çıxacaqlar.

Bu anlaşma sənədində qeyd olunubdur ki, oktyabrın 23-ü günorta saat on ikidən Rusiyanın hərbi polisi və Suriyanın sərhəd mühafizə qüvvələri Türkiyənin Suriyanın şimalındakı əməliyyat bölgəsindən kənarda, Türkiyə-Suriya sərhədinin suriyalı tərəfinə daxil olacaqlar ki, kürd yarımhərbçilərin və onların silahlarının Türkiyə-Suriya sərhədindən otuz kilometr dərinliyədək çıxarılmasını asanlaşdırsınlar ki, bu məsələ qarşıdakı 150 saat ərzində yekunlaşdırılmalıdır.

Rusiya və Türkiyə həmçinin razılaşıblar ki, Astana müzakirələri çərçivəsində Suriya böhranına son qoymaq üçün siyasi həll yolunu tapmağı davam etdirməklə razılaşıblar.

Suriya prezidenti deyib: Suriya ərazisinə qəfil hücum hər bəhanə ilə olursa-olsun, rədd olunur. Suriya prezident administrasiyasının mətbuat ofisi bir açıqlamada bildirib ki, Bəşşar Əsəd öz rus həmkarı Vladimir Putinlə telefon əlaqəsində əlavə edib: Başlarında separatçı fikirlər dolandıran kəslər hazırkı vəziyyətə çatmaq məsuliyyətini daşıyırlar. O, əhalinin öz bölgəsinə geri dönməsi vacibliyini vurğulayıb və belə deyib: Demoqrafik quruluşu dəyişmək üzrə hər cür səy ilə mübarizə ediləcək. Bəzi tərəflər onu reallaşdırmağa israr edirlər.

 

Şərhlər