Nov 08, 2019 14:33 Asia/Baku
  • ABŞ silahlarının Yəmənə gizli ötürülməsi ifşa olundu
    ABŞ silahlarının Yəmənə gizli ötürülməsi ifşa olundu

Mediyalar ifşa ediblər ki, amerikan silah və sursatlar keçən həftə bir səudiyyə gəmisi vasitəsilə gizli surətdə Yəmənin cənubuna daxil olubdur.

CNN telekanalı cümə axşamı günü gecə, ABŞ istehsalı olan "Oşkoş" zirehli avtomobillərinin gecə qaranlığında Yəmənin cənub-qərbində yerləşən Ədən limanına girməsi barədə gizli bir filmin bir hissəsini əldə etdiyini bildirdi.

CNN bu məlumatları üzə çıxaran şəxslərə, eləcə də Ədən limanındakı sənədlərə istinadən, Amerika hərbi texnikasını Yəmənə daşıyan səud gəmisinin adının "Bəhri Hufuf" olduğunu bildirib.

Əldə olunan sənədlər gəminin oktyabrın doqquzunda Ədəndə görünməzdən əvvəl öz izləmə sistemini söndürdüyünü göstərir.

CNN xəbər verib ki, Yəməndə ərəbistana bağlı olan tərəf bu filmi medialara təqdim etməkdə şübhəli bilinən hər kəsi həbs edir.

 

Teqlər

Şərhlər