Nov 08, 2019 19:23 Asia/Baku
  • Bir həftə içində Trampın əlli yalanı aşkar edilib
    Bir həftə içində Trampın əlli yalanı aşkar edilib

ABŞ mediası bu ölkə prezidentinin ötən həftə ərzində 50 yalan iddia irəli sürməsi barədə məlumat verib.

CNN-in vebsaytı bildirir ki, bu telekanal bir faktaraşdırıcı sistem işə salaraq, Amerika prezidenti Donald Trampın ötənhəftəki yalanlarını araşdırmağa başlayıb və belə bir nəticəyə çatıbdır ki, Tramp qeyd olunan həftədə əlli yalan iddia irəli sürüb. Bu yalanların on üç halı demokratlar tərəfindən onun impiçmenti prosesinin başlanması ilə bağlı olub.

CNN-in məlumatına görə, Donald Trampın dilindən əlli yalan iddianı eşitmək heç də yaxşı deyil, amma hər halda bu, bir irəliləyiş nöqtəsi sayılır, çünki ABŞ prezidenti oktyabr ayının həftələrindən birində129 yalan iddia irəli sürmüşdü.

Amerika prezidenti bu yalanların əllisini Missisipidə, seçki kampaniyalarından birində dediyini və 11-i də twitter hesabında yayımladığını bildirib.

 

Şərhlər