Dek 09, 2019 09:09 Asia/Baku
  • İtaliyada nəsilartırmanın tənəzzülü prosesi davam edir
    İtaliyada nəsilartırmanın tənəzzülü prosesi davam edir

İtaliya hökuməti ailələri uşaqlı olmağa təşviq etmək üçün maliyyə yardımlarından əlavə, uşaqlar üçün pulsuz uşaq bağçaları nəzərdə tutubdur.

İtaliyada nəsilartırmanın tənəzzülü prosesinin davam etməsi və həyata ümidin artması bu ölkəni əhali qocalması böhranı ilə üzləşdiribdir.

İtaliya statistika mərkəzinin ən son məlumatına görə, 2018-ci ildə bu ölkədə dünyaya gəlmiş körpələrin sayı ondanqabaqkı il ilə müqayisədə təvəllüdün 18 mindən çox azaldığını göstərir. Belə bir halda, qocaların sayı artmaqdadır. Bir italyan qoca IRIB-nin Romadakı müxbirinə belə deyib: Təəssüflə, İtaliyada əhali arasındakı qocalıq böhranı qurtarası deyildir, zira ailələr müxtəlif dəlillərə və xüsusən iqtisadi problemlərə görə, uşaq dünyaya gətirməyə maraq göstərmirlər. Mən və həyat yoldaşım altmış ilə yaxındır ki, evlənmişik. Üç böyük övladımız var. Onların üçü də evlidir. Lakin onlardan yalnız birinin bir uşağı var. İtaliyada çətin iqtisadi və sosial şəraitin davam etməsi, uşaq dünyaya gətirməni bir problemə çeviribdir.

Digər bir qoca da deyib: Biz yaşlılar daim ailə sisteminin möhkəmləndirilməsi və uşaq dünyaya gətirməninin vacibliyinə israr edirik. İtaliya öz gələcyi üçün gənc və fəal əhaliyə ehtiyac duyur. Amma problem burdadır ki, bu çətin iqtisadiyyat və dövlət təşviqedicilərinin olmaması şəraitində gənclər necə nigaha və övlad gətirməyə maraq göstərə bilərlər. İtaliya milli statistika idarəsinin statistikalarına görə, bu ölkə əhalisinin sayı 2065-ci ilədək təqribən 7 milyon nəfər azalacaq. Hər bir ölkədə gənc əhalinin həmin ölkənin inkişafına zəmanətçi olmasına görə, İtaliya hökuməti ailələri uşaqlı olmağa təşviq etmək üçün bu ölkənin gələnilki layihəsində azgəlirli ailələrə maliyyə yardımlarından əlavə, bu şəxslərin uşaqları üçün də pulsuz uşaq bağçaları nəzərdə tutubdur.

 

 

 

Şərhlər