Dek 10, 2019 19:11 Asia/Baku
  • Fransa rəsmisi NATO-nun bu ölkə üçün təhlükəsizlik baxımından zəruri olmadığını vurğulayıb
    Fransa rəsmisi NATO-nun bu ölkə üçün təhlükəsizlik baxımından zəruri olmadığını vurğulayıb

Fransa hökümətinin müşaviri NATO hərbi alyansının Fransanı təhlükələrdən qorumaqda heç zaman effektiv olmadığını söyləyib.

Alman Marşal Fondunun Paris şöbəsinin müdiri  "Aleksandra de Hoop Şeffer" Almaniyanın "Die Welt" qəzeti ilə müsahibədə Fransa-NATO münasibətlərinə toxunaraq belə deyib: Almanlar NATO-nu Avropanın təhlükəsizliyinin əsas qarantı hesab edirlər və ümumiyyətlə Avropanın təhlükəsizlik və müdafiə məsələlərinə NATO çərçivəsində yanaşırlar; ancaq bu məsələ fransızlar üçün zərurət daşımır

.Fransa hökümətinin rəsmisi " Fransa NATO çərçivəsindəki müttəfiqərinin bir çoxunun hələ də ABŞ-ın Avropanın təhlükəsizliyinə dair uzunmüddətli öhdəliyinə güvəndiyindən narahatdır"- deyə əlavə edib.

Fransa prezidenti Emmanuel Makron da bu yaxınlarda NATO-nun "beyin ölümü" keçirdiyini söyləmişdi ki, onun bu sözləri alyansın avropalı üzvləri; o cümlədən Almaniyanın kəskin tənqidi ilə üzləşmişdi

 

Teqlər

Şərhlər