Dek 11, 2019 18:57 Asia/Baku
  •   Qazaxıstanın Nursultan şəhərində Suriya sülh danışıqları işə başlayıb

Qazaxıstanın paytaxtı Nursultan şəhərində Suriya münaqişəsinin həlli üçün sülh danışıqlarının yəni 14-cü Astana danışıqlarının ikinci günü keçirilir.

İRİB-nin bildirdiyinə görə, çərşənbə günü səhər başlanan Süriya sülh müzakirələrinin ikinci günündə Suriyada sülhə zəmanət verən, İran, Türkiyə və Rusiyanın  nümayəndə heyətləri iştirak edirlər. 

Bu məlumata əsasən, son müzakirə çərşənbə günü günortadan sonraya planlaşdırılıb.

İranının xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi Əliəsğər Xaci bu danışıqlarda iştirak edir.

Astana müzakirələri 2017-ci il yanvar ayından, Suriya da sülhü bərqərar etmək məqsədilə, İranın təşəbbüsü,  Rusiya və Türkiyənin dəstəyi ilə işə başlayıb.

,İran, Türkiyə və Rusiya, Astana prosesinin təminatçısı olaraq, Suriya böhranının həlli istiqamətində çalışırlar.

Suriya böhranı 2011-ci il Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin dəstəklədiyi terrorçuların bu ölkəyə geniş hücumu ilə başlayıb və minlərlə Suriya vətəndaşının ölümü və didərgin düşməsi ilə nəticələnib.

 

Teqlər

Şərhlər