Dek 12, 2019 12:25 Asia/Baku
  • Nümayəndələr palatasının Trampın impiçmenti barədəki mübahisələri başlanıb
    Nümayəndələr palatasının Trampın impiçmenti barədəki mübahisələri başlanıb

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsində Trampın impiçment edilməsi layihəsində Amerika prezidentinə qarşı iki rəsmi ittihamın araşdırılmasına başlanıb.

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsinin sədri Ceri Nadler bu mübahisə iclasının başlanğıcında deyib: Əgər Amerika prezidenti Donald Tramp əvvəla, öz səlahiyyətlərindən sui-istifadə, sonra da konqresin məlumat üzrə bütün xahişlərini təxirə sala bilirsə, deməli, konqres hökumətin icra qolunu balanslaşdırmaq və ona nəzarət üzrə vəzifələrinə əməl edə bilməz və o zaman prezident bir diktator olar.

Trampın impiçmenti üzrə iki bənd, o cümlədən ehtimal üzrə seçki rəqibi olacaq Co Baydenə qarşı təhqiqat aparması üçün Ukrayna hökumətinə təzyiq göstərmək istiqamətində Amerika prezidentinin səlahiyyətlərindən sui-isitfadə, həmçinin qanunun icrasını və bu məsələ barədə konqresin təhqiqatını əngəlləmək kimi məsələlər bu gün ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsində müzakirəyə çıxarılıb.

 

 

Teqlər

Şərhlər