Dek 13, 2019 20:05 Asia/Baku
  • Moskva Amerikanın qadağan olunmuş raketlərinin sınağından nigarandır
    Moskva Amerikanın qadağan olunmuş raketlərinin sınağından nigarandır

Rusiya hökuməti Amerikanın son ballistik raket sınağına reaksiyada Vaşinqtonun qadağan olunmuş raketlərinin sınağından olan nigarançılığını bildirib.

Rusiya xarici işlər nazirliyinin silahlara nəzarət və onların yayılmasına qadağa idarəsinin rəisi Vladimir Yermakov bildirib ki, Moskva qadağan olunmuş raketlər müahidəsinə əsaslanan Amerikanın orta və qısa mənzilli raketlərinin sınağını nəzarətdə saxlayacaq.

Bu rus rəsmi bildirib ki, Amerikanın bu işi görməyə haqqı var, zira bundan öncə birtərəfli şəkildə orta mənzilli nüvə qüvvələri paktından çıxıb, amma bu müahidəni tərk etməzdən bir neçə ay öncə sınaqdan keçirilmiş qadağan olunmuş raketlər ondan xəbər verir ki, Vaşinqton uzaq perspektivdə bu raketləri genişləndirmək niyyətində olubdur.

Amerika dünən yeni orta mənzilli quru qeyri-nüvə ballistik raketini elə bir halda sınaqdan keçiribdir ki, bu raket orta mənzilli nüvə qüvvələri paktı çərçivəsində qadağan olunubdur.

 

 

Teqlər

Şərhlər