Dek 24, 2019 08:22 Asia/Baku
  • BMT sionistlərin qəsəbə inşasından nigaran qaldığını bildirib
    BMT sionistlərin qəsəbə inşasından nigaran qaldığını bildirib

Birləşmiş Millətlər Təşkilatının orta şərq üzrə nümayəndəsi bildirib ki, İordan çayının qərb sahili və Şərqi Qüdsdə sionist qəsəbələrin inşası ötən illə müqayisədə 70 faiz artaraq 10 min mənzildən ibarət olub.

Fələstin Əl-Yəum xəbər portalının verdiyi məlumata görə, Nikokay Meladinov İordan çayının qərb sahili və Şərqi Qüdsdə sionist qəsəbə inşasının artmasından nigaranlıq ifadə edərək deyib: İsrail beynəlxalq ictimaiyyətin tələblərinə etina etmədən Fələstin torpaqlarında qəsəbə inşasını davam etdirir və bu beynəlxalq qətnamələrin eləcə də fələstinlilərin hüquqlarının açıq-aşkar pozulması deməkdir. 

BMT-nin orta şərq üzrə xüsusi nümayəndəsi deyib: Fələstin ərazilərində sionist qəsəbə inşasının genişləndirilməsi müstəqil Fələstin ölkəsinin təşkilini dəstəkləyənlər üçün nigaranedicidir və regionda sülhün bərqərarına mane olur. 

2016-cı ildə ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən bəri onun yaşıl çırağ göstərməsi nəticəsində sionist qəsəbə inşası artıb. 

Teqlər

Şərhlər