Yan 16, 2020 09:20 Asia/Baku
  • Əynuləsəd İranın şapalağından 7 gün sonra
    Əynuləsəd İranın şapalağından 7 gün sonra

Ekspertlərin sözlərinə görə, İranın Əynuləsəd amerikan bazasına qarşı raket hücumunun təqribən ötən səksən ildə tayı-bərabəri olmayıb və Yaponiyanın "Perl Harbor" hərbi bazasına hücumundan sonra tarixdə Amerikaya qarşı ən sərt və ən ağır hücum olubdur.

İranın Amerikanın Qərbi Asiyadakı ən böyük və ən təchiz edilmiş hərbi bazalarından birinə hücumdan yeddi gün keçəndən və güclü senzuradan sorna bu gün Vaşinqton Post qəzeti nəhayət ki, bu əməliyyatın törətdiyi tələfat barədə məlumat yayıb. Qəzet bildirib ki, İranın Əynuləsəd bazasına hücumundan sonra iki amerikalı əsgər özünü pəncərədən çölə atıb və onlarla nəfər də yüngül bədən xəsarəti alıbdır.

Nəinki on altı illik fəaliyyət keçmişinə malik olan bir gənc amerikalı hərbçi, həm də Amerika ordusunun veteranları belə, İranın Əynuləsəd bazasına qarşı hücumu qədər böyük bir raket hücumunu xatırlamırlar.

Şərhlər