Yan 16, 2020 20:47 Asia/Baku
  • Sargsyanın şikayəti rədd edildi
    Sargsyanın şikayəti rədd edildi

Prokurorluq Ermənistanın keçmiş prezidenti Serzh Sargsyanın əmlakına həbs qoyulması ilə bağlı qərardan verilmiş şikayəti rədd edib.

Ermənistanın istintaq komitəsi Sargsyanın əmlakı və bank hesablarına, cinatyət işində göstərilən məbləğ həcmində həbs qoyub. Sargsyan 1 milyon dollardan artıq dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur.

Onun vəkili Amram Makinyan prokurorluğun qərarını qanunsuz və əsassız hesab edir.

“Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilir ki, şəxsin əmlakına, miflər yox, cinayət işində sübutlar toplandıqda həbs qoyula bilər” vəkil deyib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Kocharian da hazırda həbsdədir.

 

 

Şərhlər