Yan 16, 2020 20:47 Asia/Baku
  • Rusiya Duması Mishustinin baş nazirliyə namizədliyini təsdiqlədi
    Rusiya Duması Mishustinin baş nazirliyə namizədliyini təsdiqlədi

Rusiyanın Dövlət Duması Mikhail Mishustin-in baş nazirliyə namizədliyini təsdiqləyib.

383 deputat onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb, əleyhinə isə səs verən olmayıb.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib ki, Rusiyanın tarixində ilk dəfədir ki, belə şey baş verir, çünki əvvəlki nazirlərin əleyhinə səs verənlər olub.
Mishiustinin namizədliyini Putin irəli sürüb.
Qeyd edək ki, Putin yanvarın 15-də Federal məclisə etdiyi illik çıxışında ölkə konstitusiyasına bir sıra düzəlişlər edilməsini təklif edib.
Bu düzəlişlərdən biriində parlamentin səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
Bu təklifdə parlamentin aşağı palatası olan Dövlət Dumasına baş nazir və digər nazirləri təyin etmə səlahiyyəti verilir.
Bu səlahiyyətlər hazırda Rusiya prezidentindədir.
Amma yeni düzəlişlərdə, etimadı itirəcəyi halda prezidentə baş naziri vəzifəsindən çıxarmaq, bundan başqa müdafiə və təhlükəsizlik rəhbərlərini təyin etmək səlahiyyəti verilir.
Rusiya prezidenti deyib ki, baş verən dəyişikliklərin radikallığını nəzərə alınaraq onları refernduma çıxarmaq lazımdır.

Bu gün həmçinin Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.
 
 

Şərhlər