Yan 20, 2020 08:46 Asia/Baku
  • Liviya barədə Berlin konfransı başa çatıb
    Liviya barədə Berlin konfransı başa çatıb

Liviya barədə Berlin konfransı dünən gecə bu ölkədə döyüşən tərəfləri himayə etməmə barədə razılaşma ilə başa çatıb.

Almaniya kansleri Angela Merkel bu konfransın sonunda qeyd edib ki, konfrans iştirakçıları Liviya böhranının həlli üzrə əhatəli layihə və bu ölkədə atəşkəsə nəzarət üçün bir mexanizmin yaradılması barədə razılığa gəliblər.

Merkel bildirib ki, Berlin konfransı BMT-nin Liviya böhranının həlli üzrə səylərini himayədə böyük bir pay yaradıbdır. O, deyib ki, Livaiya böhranı yalnız siyasi yolla həll ediləcək.

Almaniya kansleri əlavə edib: Berlin konfransının bütün iştirakçıları Liviyada döyüşən tərəflərin heç birini himayə etməmək barədə razılaşıblar.

Merkel həmçinin deyib ki, bu konfransda Liviyaya qarşı silah sanksiyasının təsbit olunması vacibliyinə təkid olunub.

Merkel bu konfransda iştirak etməyən milli ordu adlı qrupun komandanı Xəlifə Həftər və Liviya milli birlik hökumətinin baş naziri Faiz Əlsərracdan istəyibdir ki, bu konfransda əldə olunmuş razılaşmalara sadiq qalsınlar.

BMT-nin baş katibi Antonio Quterreş də deyibdir ki, qarşıdakı iki həftədə Liviyada sülh səylərinin izlənilməsi üzrə digər bir iclas keçiriləcək və tezliklə Liviyada toqquşan bütün tərəflər siyasi prosesdə iştiraka doğru hərəkət edəcəklər.

Liviya barədə konfrans dünən Almaniyanın paytaxtı Berlində keçirilib. Konfransda Almaniya, ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, əmirliklər, Türkiyə, Konqo Respublikası, İtaliya, Misir və Əlcəzair kimi on iki ölkənin, eləcə də BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasına şamil olan dörd beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak ediblər.

 

 

Şərhlər