Yan 27, 2020 09:23 Asia/Baku
  • Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb
    Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb

Çində koronavirusun indiyədək müəyyən olunmamış növündən (2019-nCoV) ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb.

koronavirusa ən çox yoluxma və ölüm halları elə virusun aşkarlandığı Xubey vilayətində baş verib.

Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Onlardan biri dünyasını dəyişib.

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib.

Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.

Çinin prezidenti Xi Jinping sürətlə yayılan koronavirusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti "ağır" adlandırıb.

Çinin ağır vəziyyətlə üzləşdiyini deyən Xi Jinping əhalini sakitləşdirməyə də cəhd edib.

Virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxanın bağlandığını vurğulayan prezident ölkənin "döyüşdə mütləq qalib gələ biləcəyini" söyləyib.

 

Şərhlər