Fev 15, 2020 08:56 Asia/Baku
  • General Soleymaninin terrorunun əsaslandırılmasında Ağ Ev-Tramp təzadı
    General Soleymaninin terrorunun əsaslandırılmasında Ağ Ev-Tramp təzadı

ABŞ konqresinin rəsmisi bildirib ki, Ağ Ev-in general Soleymaninin terror edilməsinin dəlilləri barədəki rəsmi məlumatı Trampın iddiası ilə təzad təşkil edir.

ABŞ konqresinin nümayəndələr palatasının xarici işlər komitəsinin sədri Eliot Engel dünən deyib: Ağ Ev son zamanlar general Soleymaninin terroru barədəki əsaslandırmaları əhatə edən rəsmi məlumatı konqresə təqdim edib. Bu məlumat birbaşa və aydın şəkildə prezident Donald Trampın “general Soleymaninin terroru təcili bir təhdidin qarşısını almaq üçün həyata keçirilib” iddiasından fərqlənir.

Tramp bundan öncə iddia etmişdi ki, general Soleymaninin terroru barədəki göstərişi Amerikanın bölgədəki bir neçə səfirliyinə qarşı hücumun qarşısını almaq məqsədilə veribdir.

Yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə bu ölkəyə səfər edən İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani İraqın Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis və daha səkkiz nəfərlə yanaşı, amerikalı terrorçuların Bağdad hava limanı yaxınlığındakı hava hücumunda şəhid oldular.

 

Şərhlər