Fev 25, 2020 16:34 Asia/Baku
  • Koronavirus işi dünya üzrə gərginləşməkdədir
    Koronavirus işi dünya üzrə gərginləşməkdədir

Dünya üzrə koronavirus böhranı elə bir şəraitdə gərginləşməkdədir ki, İtaliyada 11 şəhər karantinə alınıb, Britaniyada yoluxanalrın sayı artır və Cənubi Koreya da Çindən sonra koronavirusa yoluxanların sayı üzrə ikinci yerdə durur.

İtaliyada ölənlərin artması və Fransada koronavirusa yoluxma nəticəsində ilk ölüm halinın qeydə alınmasından sonra bu ölkədə təhlükə siqnalı səsləndirilib və ölkənin girişləri kəskin nəzarətə alınıb. 

M: Fransa ilə İtaliya sərhədlərində nəzarət iki qat artıb və polis gediş-gəlişləri nəzarətə alıb. 

Fransanın Səhiyyə Nazirliyi İtaliya sərhədlərinə yaxın bölgələrdə əlavə 60 mualicə mərkəzi yaradıb, koronavirusu müəyyənləşdirən laboratoriyaların sayını iki dəfə artırıb və Fransa istehsalı olan on milyonlarla maskanın istehsalına sifariş verib. 

Fransa ərazisindən keçmək istəyən Avstriya qatarının 500 sərnişini, onların içində iki nəfərin koronavirusa yoluxmada şübhəli bilindiyinə görə saatlarla sərhəddə dayandırıldı. Avstriya dəmiryolu İtaliyaya bütün reysləri ləğv edib və Avstriyanın aviaşirkəti Çinə uçuşları martın sonunadək dayandırıb. 

M: Biz hərhansı versiyaya hazır olmalıyıq. Daxişi İşlər Nazirliyi və Səhiyyə Naizirliyi xalqı məlumatlandıracaqlar və Xarici İşlər Nazirliyi koronavirusa yoluxma hallarının müşahidə olunduğu ölkələrə səfər barədə xəbərdarlıq edəcəklər. 

Üç gün bundan qabaq İtaliyada koronavirusa yoluxanların sayı 3 nəfər idisə indi bu rəqəm 220 nəfərə çatıb. 

Bu gün İtaliyanın 11 şəhəri karantinə alınıb. 

Almanlar koronavirus ilə necə qarşılarşırlar? İtaliyadan öncə Avropada koronavirusa yoluxmada ən çox göstəriciyə malik olan Almaniyada dövlət ilk koronavirusun bir şirkətdə müşahidə olunduğu kimi həmin şirkəti karantinə aldı və bütün ərazidə yoxlamalar apardı, Çinə uçuşları ləğv etdi.

Almaniyanın səhiyyə naziri: Biz rəsmilər tam ciddi şəkildə, təmkinliklə və tam diqqətlə işləməliyik.

Britaniyanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, koronavirusa müəyyənləşdirilmiş yoluxma hallarının sayı 13 nəfərdir amma karantin sayı elan edilməyib və 5 min nəfərin yoxlamadan keçdiyi deyilir. Çindən qayıdan 83 britaniyalı iki həftə müddətində karantində saxlanıldıqdan sonra buraxılıb. Yaponiya sahillərində Diamond gəmisindən qayıdan 32 nəfər isə karantindədir. 

M: Çindən sonra Cənubi Koreyada da ən koronavirusa yoluxma barədə ən yüksək statistika müşahidə olunmaqdadır.

Şərhlər