Fev 28, 2020 21:24 Asia/Baku
  • Pentaqon-un Çinə qarşı iddiası
    Pentaqon-un Çinə qarşı iddiası

ABŞ müdafiə nazirliyi- Pentaqon iddia edib ki, Çinin dəniz qüvvələri Amerikanın hərbi təyyarəsini lazer ilə hədəfə alıblar.

Pentaqon bu hadisənin beynəlxalq hava məkanında baş verdiyini bildirib.

Pekin indiyədək Pentaqon-un bu iddiasına reaksiya verməyib.

Bəzi informasiya mənbələri də bundan öncə Amerikanın Sakit Okean donanmasına əsaslanaraq, iddia etmişdilər ki, Çinin dəniz qüvvələri fevralın 17-də Quam adalarının qərbindən 380 mil aralıda hərəkətdə olan bir ədəd “Poseydon” hərbi təyyarəsi və ABŞ dəniz patrulunu lazer hücumu hədəfinə alıblar.

Amerika bu iddia ilə Çin dəniz qüvvələrinin esminesinin hərəkətlərini təhlükəli və qeyri-peşəkar adlandırıb.

Deyilənlərə görə, hərbi lazerlər adi gözlə görünən deyillər və sırf olaraq radarın səhfəsindən müəyyən edilirlər.

 Amerika ordusu bildiribdir ki, hərbi lazerlər potensial surətdə təyyarələrə, gəmilərə, dənizçilərə və ekipaj üzvlərinə ciddi ziyan vura bilərlər.

 

 

Teqlər

Şərhlər