Mart 26, 2020 09:51 Asia/Baku
  • Qazaxıstanda koronavirusa qarşı tədbirlər
    Qazaxıstanda koronavirusa qarşı tədbirlər

Qazaxıstan prezidenti bir televiziya müraciətində bu ölkənin fövqəladə vəziyyət komissiyasının ən yeni qərarlarını öz xalqına çatdırıb.

Kassum Jomart Tokayev mənzildən çölə çıxmamağa təkid edərək, hər bir fərdin mənzildən çıxmasını tibb cəmiyyətinə təzyiq və ziyan adlandırıb. O, deyib: Xalq, xüsusən 55 yaşından yuxarı şəxslər və təhlükəli xəstəlikləri olan insanların qarşıdakı günlərdə evdən çölə çıxmağa haqları yoxdur və bütün təşkilat və nazirliklərin fəaliyyətləri tətil olacaq və onların online şəkildə xalqa xidmət etməlidirlər.

Tokayev sonra deyib: Hökumət on milyard dollar ayırmaqla vətəndaşları himayə edəcək. Karantin qaydalarının icra olunduğu ötən iki gündə 18 pozuntu halı xəbər verilib. Buna görə, əgər qanun pozuntuları çoxalarsa, cəza qanunu icra olunacaq. Qazaxıstanın sağlamlığının qorunması nazirliyinin son statistikasına görə, indiyədək bu ölkədə səksən nəfər koronavirusa yoluxub və Almatı və paytaxt Nursultan şəhərlərində bir ay müddətinə karantin qaydaları icra olunacaq.

QAZAXISTANDA COVID-19-A QARI TƏDBİRLƏR

Şərhlər