Mart 26, 2020 14:50 Asia/Baku
  • Çexiyada koronovirusdan ölənlərin sayı 6 oldu
    Çexiyada koronovirusdan ölənlərin sayı 6 oldu

Martın 25-də Çexiya Respublikasında koronovirusdan daha üç xəstə dünyasını dəyişib və bununla da virusdan ölənlərin sayı 6-ya çatıb.

Bir neçə gün öncə Səhiyyə Nazirliyi ölkə üzrə məhdudlaşdırıcı tədbirləri aprelin 1-dək uzatmışdı. Nazirlik ictimai yerlərdə maksimum iki nəfərin birlikdə olmasına icazə verir.

Eyni evdə yaşayanlar, iş yerləri, sahibkarlıq və müvafiq fəaliyyətlə məşğul olanlar, dəfn mərasimləri iştirakçıları istisnadır. Nazirlik həmçinin adamlara digərləri ilə təmasda olarkən 2 metrlik məsafə saxlamaq göstərişi verib.

Martın 25-də Çexiyada koronavirusa 1654 nəfərin yoluxduğu açıqlanıb.

Kosovoda isə parlament hökumətə etimadsızlıq göstərib.

ÇEXİYADA KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI 6 OLDU

Şərhlər