Mart 30, 2020 08:53 Asia/Baku
  • İngiltərə, İtaliya və Fransada COVID-19-dan ölənlərin sayı artıb

İngiltərə, İtaliya və Fransada COVID-19-dan ölənlərin sayı artıb

İngiltərənin səhiyyə nazirliyi dünən bildirib ki, ötən 20 saat ərzində 216 ölüm halının qeydə alınması ilə bu ölkədə həmin virusdan ölənlərin sayı 1235 nəfərə çatıb.

Bu təşkilat həmçinin bu ölkədə koronavirusa yoluxanların ümumi sayını 19522 nəfər elan edib.

İtaliya fövqəladə hallar qərargahı da bildirib ki, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı,97689 nəfərə çatıb.

Bu məlumata görə, ötən sutka ərzində 756 digər ölüm halı ilə bu ölkədə koronavirusdan ölənlərin sayı 10779 nəfərə çatıb.

Fransa səhiyyə nazirliyinin şöbə müdiri Jerom Salomon da deyibdir ki, daha 292 nəfərin ölümü ilə bu ölkədə koronavirusdan ölənlərin sayı 2606 nəfərə çatıbdır.

Həmçinin ötən sutka ərzində 2599 nəfər bu virusa yoluxub. Beləliklə Fransada bu virusa yoluxanların ümumi sayı 40174 nəfərə çatıbdır.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 195-dən çox ölkəyə də sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada 685 min 872 nəfər bu virusa yoluxub. Bu miqdardan 146 min 400 nəfər sağalıb, 32 min 232 nəfər isə həyatını itiribdir.

İNGİLTƏRƏ, İTALİYA VƏ FRANSADA COVID-19 İTKİLƏRİ

Teqlər

Şərhlər