Türkmənistanda ‘koronavirus’ sözü qadağan edilib
https://azeri.sahartv.ir/news/dünya-i360016-türkmənistanda_koronavirus’_sözü_qadağan_edilib
Türkmənistan hökuməti “Koronavirus” sözünü qadağan edib. COVID-19 virusunun adından istifadətəkcə dövlət mediasında deyil, hətta məktəb və poliklinikalarda paylanan maarifləndirici broşürlərdə də qadağan edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2020 06:11 Asia/Baku
  • Türkmənistanda ‘koronavirus’ sözü qadağan edilib
    Türkmənistanda ‘koronavirus’ sözü qadağan edilib

Türkmənistan hökuməti “Koronavirus” sözünü qadağan edib. COVID-19 virusunun adından istifadətəkcə dövlət mediasında deyil, hətta məktəb və poliklinikalarda paylanan maarifləndirici broşürlərdə də qadağan edilib.

küçədə “koronovirus” sözünün işlədilməsi onu işlədənin polis tərəfindən saxlanması ilə nəticələnə bilər.

Bu da qeyd edilməlidir ki, Türkmənistan hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşı mülki geyimdə mağaza və bazarlarda adamların danışıqlarını güdür.

​Sərhədsiz Reportyorlar bildirir ki, “türkmən dilinin lüğətindən “koronavirus” sözünü çıxarmaqla hakimiyyət ölkə vətəndaşlarını real təhlükə qarşısında qoyur”.

Türkmənistan hakimiyyətinin verdiyi rəsmi məlumata görə bu ölkədə indiyədək COVID-19 virusuna bir nəfər də yoluxmayıb.

TÜRKMƏNİSTANDA "KORONAVİRUS" SÖZÜ QADAĞAN EDİLİB