Apr 09, 2020 12:04 Asia/Baku
  • ABŞ-da koronavirusdan ölənlərin 42%-i qaradərilidir

Amerikada koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayının günü-gündən artdığı bir halda, bu xəstəliyin təzyiqi altında qərar tapan şəhərlərdə icma liderləri və demokrat qanunvericilər qaradərililər icmasında bu virusdan irəli gələn ölüm hallarının miqdarı barədə xəbərdarlıq edirlər, zira indiyədək qaradərililərin koronavirus qarşısındakı ölüm hallarının sürəti ağdərililərlə müqayisədə çox olubdur.

Assoşieyted-Press informasiya agentliyinin məlumatına görə, qaradərili sakinləri daha çox koronavirusa mübtəla olmuş şəhərlər arasında Nyu-York, Detroyt, Nyu-Orlean, Çikaqo və Milvaki-yə işarə etmək olar.

Assoşieyted-Press informasiya agentliyinin verdiyi statistikaya əsasən, Amerikada koronavirusdan irəli gələn ümumilikdə 13 min ölüm halından təqribən üç min 300 nəfər, yəni təqribən 42 faiz qaradərililərə aid olubdur.

Afrika mənşəli amerikalılar bu dəyərləndirməni əhatə edən bölgələrin əhalisinin təqribən 21 faizini təşkil edirlər.

Assoşieyted-Press-in analizi, bütün Amerikada koronavirusdan irəli gələn ölüm halları barədə irqi ayrı-seçkiliyin araşdırılması istiqamətində bu ölkədə göstərilən ilk səylərdən biridir.

Bu məlumata görə, iqtisadi fürsətlərə və səhiyyə qorumalarına əlçatmada Amerikadakı bərabərsizlik və sistematik rasizm keçmişi bais olubdur ki, bir çox Afrika mənşəli amerikalı bu virus qarşısında kövrək olmuş olsun. Ehtimal üzrə onların əksər hissəsi sığortalanmayıbdır. Afrika mənşəli amerikalılar əksər hallarda bildirirlər ki, mütəxəssis həkimlər onların xəstəliklərini çox az ciddi sayırlar.

ABŞ-DA COVID-19-DAN ÖLƏNLƏRİN 42%-İ QARADƏRİLİDİR

 

 

Şərhlər