İyun 01, 2020 08:06 Asia/Baku
  • Hindistan-Pakistan gərginliyi diplomatların çıxarılması etapına çəkib

Cənubi Asiyada iki ənənəvi rəqib kimi Hindistan ilə Pakistan arasında siyasi və sərhəd gərginliklərinin şiddətlənməsilə bir zamanda Hindistanın xarici işlər nazirliyi bir bəyanatda Pakistanın Yeni-Dehlidəki səfirliyinin işçilərindən ikisinin çıxarılmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Hindistanın xarici işlər nazirliyi dünən gecə yaydığı bu açıqlamada həmin iki pakistanlı diplomatı casusluqda ittiham edib və bu ölkə ərazisini tərk etmək üçün onlara bir gün möhlət veribdir.

Pakistanın xarici işlər nazirliyi bu gün səhər tezdən Hindistanın ittihamlarını rədd edib. Yeni-Dehlinin bu qərarını diplomatik qaydaların pozulması adlandırıb. Vurğulayıb ki, İslamabad tezliklə Yeni-Dehlinin bu hərəkətinə cavab verəcək.

Hindistan və Pakistan illər boyudur müxtəlif məsələlər, xüsusən Kəşmir bölgəsi üstündə ixtilaflara malikdirlər.

Kəşmirin bir hissəsi Hindistan, digə bir hissəsi isə Pakistan ərazisində yerləşir. Amma hər iki ölkə bütün Kəşmirin mülkiyyəti iddiası ilə çıxış edir. Elə bu məsələ iki ölkə arasındakı qədim münaqişəninin əsas səbəblərindəndir.

Yeni-Dehli və İslamabad daima bir-birilərini Kəşmirə nəzarət xəttində atəşkəsi pozmaqda ittiham edirlər.

Hindistan və Pakistan 2003-cü ildə Kəşmir sərhədlərində atəşkəs razılaşmasını imzalayıblar, lakin tərəflər indiyiə kimi bir neçə dəfə onu pozublar.

Hindistan ilə Pakistan arasında Kəşmir üstündə olan münaqişə elə bir halda cərəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi bu bölgənin vəziyyətinin müəyyən edilməsi üzrə referendumun keçirilməsini vurğulayır.

 

Teqlər

Şərhlər