İyul 07, 2020 22:43 Asia/Baku
  • Tramp ÜST-lə əlaqələri kəsmək üçün Konqresə bildiriş göndərdi

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.

SəhərAzəri - “Report”  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə senator Bob Menendes deyib.

“Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.

Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.

Teqlər

Şərhlər