İyul 19, 2020 05:10 Asia/Baku
  • Koronavirus dünyadakı bərabərsizlikləri üzə çıxardı

BMT baş katibi dünyadakı iqtisadi və səhiyyə bərabərsizliklərini tənqid edərək, deyibdir ki, koronavirus bu ədalətsizlikləri üzə çıxardı.

Antonio Quterreş koronavirus pandemiyası ilə özünü daha artıq göstərən dünyadakı bərabərsizliklərə son qoyulmasını istəyib.

Dünyadakı qeyri-bərabər iqtisadi sistemə toxunan Quterreş belə söyləyib: Dünyanın ən varlı şəxslərindən 26 nəfər bütün dünya əhalisinin yarısı qədər sərvətə malikdir… və bu bərabərsizlik koronavirus pandemiyası ilə tamamilə aydın oldu.

BMT-nin baş katibi koronavirus pandemiyasının başlandığı zamandan bəri dəfələrlə dünya xalqlarının qida və tibb mənbələrinə əlçatanlığında mövcud olan bərabərsizliyi tənqid edib və inkişaf etmiş ölkələrin yoxsul və inkişaf etməkdə olan ölkələrə yardım etmələrini istəyibdir.

Quterreş şənbə günü bir media müsahibəsində də ölkələrdən istədi ki, koronavirus peyvəndini düzəltməyə müvəffəq olan hər hansı ölkə onu bütün dünya xalqlarının ixtiyarına qoysun.

 

Teqlər

Şərhlər