İyul 21, 2020 09:25 Asia/Baku
  • ÜST koronavirus haqdakı yaxşı xəbərləri alqışlayıb

Ümümdünya Səhiyyə Təşkilatının fövqəladə proqramlar şöbəsinin müdiri Maykl Rayan Cenevrədə keçirdiyi mətbuat konfransında iki koronavirus vaksinasının ilkin nəticələri ilə bağlı sevinc hissi ifadə edib.

SəhərAzəri xəbər verir, Maykl Rayan deyib: Real dünyada daha iri miqyaslı sınaqlara doğru hərəkət etmək lazımdır.

O, əlavə edib: Amma vaksinanın kəşfinin bu son dərəcə mühüm mərhələsinə gələn informasiyalar və məhsulları görmək, yaxşıdır.

Rayanın sözləri elə bir halda söylənir ki, Oksford universitetinin alimləri «Lanset» nəşrində bir məqalə yayaraq, bildiriblər ki, onların peyvəndi yüzlərlə nəfərin üzərində sınaqdan keçirilməklə həmin şəxslərin immun sistemlərinin cavab verməyə məcbur olmalarına səbəb olubdur.

Həmçinin çinli tədqiqatçılar da bir məqalədə xəbər veriblər ki, onlar da Oksford universiteti alimlərinin metodlarına bənzər üslubdan istifadə ediblər və bu metod şəxslərin immun sistemlərinin reaksiya verməyə məcbur olmalarına səbəb olubdur.

Koronavirus indiyədək dünya səviyyəsində 14 milyon 675 min nəfəri yoluxdurub və 609 min nəfərdən çox insanın həyatını əlindən alıbdır.

Teqlər

Şərhlər