İyul 22, 2020 15:37 Asia/Baku
  • Rusiyalı ekspert:

Rusiya Elmlər Akademiyasının üzvü Viktor Maleyev COVID-19 pandemiyasının yenidən artımına əsaslanaraq qısa vaxtda başa çatmayacağı qənaətindədir.

SəhərAzəri Report-a istinadla xəbər verir, onun fikrincə, xəstəliyin mövsümi artımları da baş verə bilər.

“Yoluxucu xəstəliklər ümumiyyətlə, heç vaxt yox olmayacaq. İki gün ərzində dünyada 400 min nəfər yoluxursa, Ümumdünya Səhiyyə Təşkilatı hələ zirvə nöqtəsinə çatmadığını deyirsə, özünüz fikirləşin. Dünya boyu əlaqələri nəzərə alsaq, Yeni ilədək bu məsələnin qurtarmayacağını arxayın söyləyə bilərik”, –  rusiyalı ekspert pandemiyanın yeni dalğasının başlayıb-başlamayacağını deməyə çətinlik çəkib.

Teqlər

Şərhlər