Pentaqon SM-6 raketlərinin istehsalı üçün 24,4 milyard dollarlıq müqavilə bağlayıb
ABŞ Müharibə Nazirliyi Pentaqon "SM-6" raketlərinin istehsalını sürətləndirmək məqsədilə "Raytheon" ilə 24,4 milyard dollarlıq müqavilə imzalandığını elan edib.
Bu raketlər ABŞ-nin hava hücumundan müdafiə sistemlərinin əsas komponentidir və həmçinin yerüstü və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub.Amerikanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi öz təhlilində qeyd edib ki, İranla münaqişə zamanı 190 ilə 370 arasında SM-6 raketi istifadə olunub. Münaqişədən əvvəl ABŞ-nin arsenalında bu raketlərin ümumi sayı 1160 ədəd təşkil edirdi.Məlumata əsasən, bir ədəd SM-6 raketinin qiyməti təxminən 5,3 milyon dollardır.
Onun təhvil verilməsi isə 53 ay çəkir.Bundan əlavə, iyul ayında ABŞ "Patriot" ələkeçirici raketlərinin istehsalı üçün "Lockheed Martin" şirkəti ilə 58,6 milyard dollarlıq müqavilə bağlayıb.