Amerikalıların təxminən 70 faizi İranla müharibəyə qarşıdır
https://azeri.sahartv.ir/news/dünya-i423344-amerikalıların_təxminən_70_faizi_İranla_müharibəyə_qarşıdır
Yeni keçirilən sorğunun nəticələri göstərir ki, amerikalıların təxminən 70 faizi ABŞ və İsrailin İrana qarşı müharibə aparmasının buna dəyməyəcəyi qənaətindədir.
(last modified 2026-10-03T09:29:23+00:00 )
Okt 02, 2026 13:26 Asia/Baku
  • Amerikalıların təxminən 70 faizi İranla müharibəyə qarşıdır

Yeni keçirilən sorğunun nəticələri göstərir ki, amerikalıların təxminən 70 faizi ABŞ və İsrailin İrana qarşı müharibə aparmasının buna dəyməyəcəyi qənaətindədir.

"Associated Press-NORC" İctimai Məsələlərin Tədqiqi Mərkəzi tərəfindən cümə axşamı yayımlanan sorğuya əsasən, amerikalı böyüklərin 71 faizi Trampın İranla bağlı yürütdüyü siyasətdən narazıdır və 69 faizi hesab edir ki, İranla müharibə aparmağa ehtiyac yoxdur.

İki mindən çox amerikalının iştirakı ilə keçirilən bu sorğu, həmçinin göstərir ki, ABŞ vətəndaşları prezident Donald Trampın iqtisadiyyat və qiymət artımı sahəsindəki fəaliyyətindən ciddi şəkildə narazıdırlar.