Fransada məktəb şagirdlərinin etirazları davam edir:
5 min nəfər saxlanılıb
Fransada yoxsulluq səviyyəsinin yüksək olduğu Paris ətrafı ərazilərdən başlayan orta məktəb şagirdlərinin etirazları ölkənin müxtəlif şəhərlərinə yayılaraq, davam edir. Etirazlar məktəblərdə problemlərin dərinləşməsi və təhsil şəraitinin pisləşməsi ilə bağlıdır.
Reuters-in məlumatına görə, Fransanın müxtəlif şəhərlərində şagirdlər köhnə məktəb binalarına, siniflərin həddindən artıq sıxlığına, müəllim çatışmazlığına və təhsil imkanlarının məhdudluğuna etiraz olaraq, küçələrə çıxıblar. Məlumata əsasən, etirazlar zamanı təhlükəsizlik qüvvələri 5 mindən çox şəxsi saxlayıblar. Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda bir sıra etirazçıların ağır xəsarət aldığı bildirilir. Yaralılar arasında göz xəsarətləri, dişlərin sınması və baş nahiyəsinə dəyən zədələr də var.Şagird etirazlarının Fransanın müxtəlif bölgələrinə yayılması ölkə məktəblərində infrastruktur problemləri və müəllim çatışmazlığı ilə bağlı narazılıqlar fonunda baş verir. Bu məsələlər son illərdə şagirdlər, valideynlər və təhsil işçiləri tərəfindən dəfələrlə tənqid edilmişdi.