İyul 22, 2020 22:24 Asia/Baku
  • Trump: Çin Corona peyvəndinə əl tapsa, əməkdaşlıq etməyə hazırıq

ABŞ prezidenti deyib, Çin də daxil olmaqla hər hansı bir ölkə əvvəlcə Covid-19 peyvəndini uğurla əldə edə bilsə, ABŞ hökuməti onunla işləməyə hazır olacaq.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Trump ona çərşənbə axşamı günü koronavirus peyvəndini əldə edə biləcəyi təqdirdə Çinlə əməkdaşlıq edəcəyi barədə verilən sorğunun cavabında deyib, "Biz hər hansı bir tərəflə işləməyə hazırıq və bu bizə yaxşı nəticələr gətirəcək". 
Trump, ABŞ-da Covid-19 müalicəsi və vaksininin istehsalında yaxşı irəliləyişlərin əldə olunduğunu vurğulayıb. "Peyvənd istehsalı və müalicə prosesində çox yaxşı irəliləyirik" - deyə Tramp bildirib.
Trump, potensial bir vaksinin, gözlənildiyindən daha tez əld ediləcəyi ehtimalının güclu olduğunu  söyləyib və onun paylanması prosesində ABŞ hərbi qüvvələrinin iştirak edəcəyini də bildirib.
Corona virusu pandemiyası, Çinin Uhan şəhərində keçən ilin dekabr ayında başladı. ABŞ Çini virus haqqında həqiqətləri gizlətdiyini iddia edərək sərt tınqidlərdə bulundu. Trump, Çinin Ümumdünya Səhiyyə Təşkilatındakı təsirinin Uhandaki Korona xəstəliyini qlobal bir pandemiya halına gətirdiyini və xəstəliyin məhz Çində nəzarət altına alınmasının lazım olduğunu iddia etdi.

Teqlər

Şərhlər