İyul 30, 2020 08:43 Asia/Baku
  • Putinin xüsusi nümayəndəsi Bəşşar Əsədlə məşvərət edib

Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi dünən Dəməşqdə bu ölkənin prezidentilə görüşüb.

SəhərAzəri xəbər verir, Aleksandr Lavrentyev və Bəşşar Əsəd bu görüşdə qərblilərin Suriya məsələlərinə müdaxilələri və Suriyaya qarşı sanksiyalarla mübarizə üzrə ikitərəfli əməkdaşlıqlar barədə danışıblar.

İki tərəf bu görüşdə vurğulayıbdır ki, bəzi ölkələrin Suriya xalqı qarşısındakı düşmənçilik siyasətləri və onların ardıcıl surətdə bu ölkənin daxili işlərinə qarışmaları terror qruplarının Suriyanın bəzi bölgələrindəki iştiraklarının davam etməsinin əsas amilidir.

Görüşdə, gələn ay Cenevrədə keçiriləcək Suriya əsas qanun komitəsi iclasının təşkili üzrə lazımi tərtibatlar da nəzərdən keçirilib. Vurğulanıbdır ki, müxtəlif beynəlxalq tərəflər bu komitənin işinin irəliləməsi üçün münasib atmosferin yaradılması istiqamətində səy göstərməlidirlər.

Suriya əsas qanun komitəsinin təşkili ideyası ilk dəfə «Suriya Milli Dialoq Konfransı»nın iclasında irəli sürülüb.

«Suriya Milli Dialoq Konfransı» 2018-ci il yanvarın 29-u və otuzunda Rusiyanın Soçi şəhərində keçirilib.

Teqlər

Şərhlər