Avq 06, 2020 16:46 Asia/Baku
  • ÜST bu ölkənin COVID-19 vaksininə lisenziya verəcək

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın hazırladığı COVID-19 peyvəndinə lisenziya verilməsini müzakirə edir.

SəhərAzəri Publik-ə istinadla xəbər verir kibunu ÜST-nin nümayəndəsi Katerina de Kat açıqlayıb.

"ÜST Rusiyanın səhiyyə orqanları ilə sıx əlaqədədir. Peyvəndin mümkün ilkin analizi ilə bağlı müzakirələr davam edir", - "RİA Novosti" Katdan stat gətirib.

Peyvəndin lisenziyalaşdırılması üçün bütün təhlükəsizlik, effektivlik məlumatları ciddi şəkildə nəzərdən keçiriləcək və qiymətləndiriləcək.

Qeyd edək ki, peyvənd Rusiya Müdafiə Nazirliyi ilə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Peyvəndin sınaqları 18 iyun, 15 iyul və 20 iyulda baş tutub.

Teqlər

Şərhlər