Avq 10, 2020 08:36 Asia/Baku
  • Bayden iki təsirli ştatda keçirilən rəy sorğularında birinci olub

Rəy sorğuları göstərir ki, demokratların Amerika prezident seçkilərinə namizədi Co Bayden iki təsirli ştatda öz respublikaçı rəqibini arxada qoyubdur.

Sahar Azari bildirir ki, Pensilvaniya və Viskansin ştatlarında aparılmış rəy sorğularına əsasən, Bayden müvafiq olaraq, 49 və 48 faizlə seçkilərdə qələbə şansına malikdir. Trampın göstəriciləri isə müvafiq olaraq belədir: 43 və 42 faiz.

Son aylar Amerikada keçirilən əksər rəy sorğularının nəticələri demokratların Amerika prezident seçkilərinə namizədi Co Baydenin Trampa nisbətən öndə getməsindən xəbər verir.

Bəzi analitiklərin əqidəsinə görə. Trampın koronavirus böhranı ilə zəif mübarizəsi, həmçinin bu ölkədə keçirilən anti-rasizm etirazları ilə bağlı qalmaqallı mövqelərinin kənarında göstərdiyi faciəli fəaliyyət, asanlıqla onun qarşıdakı prezident seçkilərində nakam qalmasına səbəb ola bilər.

Teqlər

Şərhlər