Avq 19, 2020 19:47 Asia/Baku
  • Pakistanın baş naziri:

Pakistanın baş naziri BƏƏ ilə sionist rejimin əlaqələrinin üzə çıxmasına reaksiyada, qeyd edib ki, Pakistan heç vaxt İsraili rəsmən tanımayacaq".

SəhərAzəri xəbər verir, Pakistanın siyasi və dini şəxsiyyətlərinin BƏƏ-nin Fələstinə etdiyi xəyanətə kəskin reaksiyaları davam edir, belə ki, Pakistanın baş naziri İmran Xan da verdiyi müsahibədə elan edib ki, heç vaxt Fələstin xalqını tək qoymayacaq və İsrail rejimini rəsmən tanımayacaqlar.

Pakistanın baş naziri bir daha ölkəsinin anti-İsrail mövqeyinə təki edərək, vurğulayıb: "Fələstin xalqına edilən zülm və haqsızlığa görə, mənim vicdanım heç vaxt bu rejim ilə əlaqə qurmağa imkan verməyəcək".

İmran Xan BƏƏ ilə İsrail rejimi arasında əlaqələrin rəsmən başlanmasına Pakistanın mövqeyinin bəlli olduğunu bəyan edib və rəsmi İslamabadın Pakistan İslam Respublikasının banisi Məhəmməd Əli Cinahın mövqeyinə uyğun olaraq, Fələstin xalqını dəstəklədiyini bildirib.

O, həmçinin fələstinlilər haqlarını əldə etməyincə, İsraili rəsmən tanımayacağını bildirib.

"İsraili tanımaq Hindistanla mübahisəli ərazi olan Kəşmirdən imtina etməyə bərabərdir",-deyə İmran Xan əlavə edib.

Teqlər

Şərhlər