Sen 01, 2020 22:07 Asia/Baku
  • Çin Hindistanı ağır itki ilə hədələdi

Çin və Hindistan sərhədində yeni hərbi konflikt yaşanacağı halda Hindistan ordusu 1962-ci ilin sərhəd savaşından daha ciddi itkilərlə üz-üzə qalacaq.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki, bu məlumatla Çinin “Qlobal Tayms” qəzeti çıxış edib.

“Əgər Hindistan rəqabət istəyirsə, o zaman nəzərə almalıdır ki, Çin ondan daha çox vasitə və imkanlara sahibdir. Əgər Hindistan hərbi qarşıdurma istəyirsə, Çin ordusu Hindistan Silahlı Qüvvələrini 1962-ci ildəkindən daha ciddi itkilərə məruz qoyacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Çinlə Hindistan arasında 1962-ci ildə sərhəd savaşı yaşanıb. Sərhəd savaşına səbəb Çinin Aksay-Çin bölgəsi və Arunaçal-Pradeşin bir hissəsinə iddia etməsi olub. Tərəflər arasında davam edən dörd aylıq savaş SSRİ-nin bitərəf qalması, ABŞ və Britaniyanın isə Hindistana yardım edəcəyini elan etməsindən sonra Çin tərəfindən dayandırılıb.

Teqlər

Şərhlər