Sen 16, 2020 10:52 Asia/Baku
  • Venesuela ABŞ təyyarəsini vurdu

Venesuela hərbçiləri ölkə sərhədini qanunsuz keçən ABŞ təyyarəsini vurub.

SəhərAzəri xarici mediaya istinadən xəbər verir, bu barədə Venesuelanın Daxili İşlər naziri Nestor Reverol məlumat yayıb.

Onun sözlərinə görə, vurulan təyyarə göyərtədə narkotik daşıyıb.

Qeyd edək ki, 2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava sərhədlərini pozan narkotik mafiyalarının bütün təyyarələrini vurmağa icazə verib. Sözügedən qərarın təşəbbüskarı isə Maduronun sələfi Uqo Çavez olub.

Teqlər

Şərhlər