Sen 16, 2020 13:46 Asia/Baku
  • Trampın seçki sörfü: Koronavirus peyvəndinə bir neçə həftə qalır

ABŞ prezidenti bir daha iddia edib ki, koronavirus peyvəndi bir neçə həftədən sonra əlçatan olacaq.

SəhərAzəri xəbər verir, Amerikadakı koronavirus epidemiyası faciəsindən öz xeyrinə bəhrələnməyə can atan Donald Tramp çərşənbə günü Blumberq xəbər agentliyinə deyibdir ki, koronavirus vaksini dörd həftəyədək istifadəyə hazır ola bilər.

Tramp bir daha öz hökumətinin iddia olunan fəaliyyətinə təriflər yağdıraraq, deyib: Bəlkə də öncəki hökumətdə ərzaq və dərman təşkilatına, eləcə də qərartoplamaya görə, koronavirusun əldə edilməsi illərlə uzanardı, amma indi, ondan bizi təkcə bir neçə həftə ayırır.

Koronavirus böhranının idarə olunmasında fəlakətli fəaliyyət sərgiləyən Amerika prezidenti hətta təsdiq olunmamış formada belə, COVID-19 vaksinini seçkilərə bir kozır kimi təqdim etməyə can atır.

Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Teqlər

Şərhlər