Sen 17, 2020 22:32 Asia/Baku
  • İraq Rusiyadan modern Su-57 qırıcıları almağa çalışır

Rusiya Su-57 qırıcısını daha da inkişaf etdirmək üçün dəyişikliklər etməyi planlaşdırır, İraq da daxil olmaqla bəzi ölkələr bu döyüş təyyarəsinin bu versiyasını almaq istəyir.

SəhərAzəri xəbər verir, Rusiya tezliklə beşinci nəsil Su-57 qırıcısının satışı üçün ilk müqaviləni imzalayacaq. Rusiya bu qırıcını inkişaf etdirmək üçün bəzi hissələrində dəyişiklik etmək niyyətindədir.
Ruslar ilk Su-57 qırıcısını 2017-ci ildə istehsal etdilər, lakin İndiyə qədər kütləvi istehsala tələsməyiblər; Bu müddət ərzində bu qırıcının performansını təkrar sınaqlarla inkişaf etdirmişdir. 
Hərbi mütəxəssislərin fikrincə, Su-57 çox yüksək döyüş gücünə malikdir və tezliklə kütləvi istehsal dövrünə girəcəkdir. Bu qırıcı ABŞ istehsalı olan F-35 və F-22 qırıcılarının əsas rəqibi kimi qeyd olunur. Su-57-nin qiyməti hələ açıqlanmayıb, ancaq Amerikalı rəqibi F-35-dən çox ucuz olmalıdır.
Çinin Soho xəbər agentliyi də yazıb, bir sıra ölkələrin nümayəndələri Moskvaya səfər zamanı Su-57 qırıcılarını almaq üçün Rusiya ilə danışıqlar apariblar, onların arasında İraq da daxil olmaqla bir sıra üçüncü dünya ölkələri də var.

Teqlər

Şərhlər