Sen 23, 2020 11:02 Asia/Baku
  • Makron: Amerika İrana qarşı tətik mexanizmini fəallaşdırmağa qadir deyil

"Paris və onun avropalı şərikləri özlərini nüvə anlaşmasının icrasına borclu bilirlər"

Səhər Azəri xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron deyib.

Fransa prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda etdiyi çıxışında bildirib ki, Paris və onun avropalı şərikləri özlərini nüvə anlaşmasının icrasına borclu bilirlər.

Emmanuel Makron sonra deyib ki, son illər ərzində işlədilmiş İrana qarşı maksimum təzyiq strategiyası İranın bəzi fəaliyyətlərinə son qoymaq imkanı yaratmayıbdır.

Fransa prezidenti sonra belə qeyd edib: Amerika nüvə anlaşmasından çıxdığına görə, Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiya qətnamələrini geri qaytarmaq üçün tətik mexanizmi adlandırılan mexanizmi fəallaşdırmağa qadir deyildir.

O, deyib: Biz tətik mexanizminin fəallaşdırılması barədə saziş etməyəcəyik. Amerikanın bu hərəkəti Təhlükəsizlik Şurasını və onun qərarçıxarma mərkəzini zəiflətmək demək olacaq, eyni zamanda regiondakı çəkişmələri daha da şiddətləndirəcəkdir.

Amerika prezidenti Donald Trampın hökuməti sentyabrın iyirmisi, səhərçağı iddia etdi ki, nüvə anlaşmasına əsasən Təhlükəsizlik Şurasının İrana qarşı dayandırılmış sanksiya qətnamələri yenidən icraya qoyulubdur.

Təhlükəsizlik Şurasının bir çox üzvü, həmçinin şuranın sədri və BMT baş katibi də Amerikanın addımını təsirsiz adlandırıblar.

 

Teqlər

Şərhlər