Sen 24, 2020 08:40 Asia/Baku
  • Rusiya:

Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanatda, Avropanın Moskvaya qarşı hərəkətləri ilə bağlı xəbərdarlıq edərək, onları dağıdıcı dəyərləndirib.

SəhərAzəri xəbər verir, Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanatda, Avropa Birliyinin siyahısı ilə uyğunlaşdırmaq məqsədilə Rusiyaya girişi qadağan edilmiş avropalı təşkilatlar və şəxslərin siyahısını genişləndidyini açıqlayıb.

Bəyanatda deyilir: "Əgər Avropa Birliyi bu düşmən yanaşmaya davam edərsə, Rusiya adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib: "Rusiya müxalifəti Aleksey Navalnı haqqında Qərb ölkələrində saxta məlumat kampaniyası  aparılır".

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bu yaxınlarda Rusiyaya qarşı sanksiya tətbiq etmək vasitəsi olaraq, "Navalnı Qanunu" adlı bir qanun layihəsinin təsdiq edilməsi ehtimalını irəli sürüb.

Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən, təya\yarədə qəfil halı pisləşib və beynəlxalq təzyiqlər nəticəsində Almaniyanın xəstəxanalarından birinə köçürülüb.

Hazırda Navalnının guyab zəhərlənməsi və onun Almaniyaya köçürülməsi məsələsi Qərbin anti-Rusiya kampaniyasını genişləndirməsi üçün yeni bir arenaya çevrilib.

Teqlər

Şərhlər