Okt 24, 2020 16:13 Asia/Baku
  • İslam Əməkdaşlıq Təşkilatı İslam Peyğəmbərinə (s) qarşı həqarəti qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fransa rəsmilərinin İslam Peyğəmbərinə (s) qarşı təhqiramiz ifadələrini kəskin şəkildə qınadığını açıqlayıb.

SəhərAzəri Farsnews acentliyinin məlumatina istinadən xəbər verir, İƏT-dən verilən açıqlamada bəzi Fransa KİV-lərinin və səlahiyyətlilərinin Peyğəmbərə (s) təhqiramiz material yayımlaması ilə əlaqədar hərəkətləri qınanılıb.

Təşkilat oktyabrın 23-ü verdiyi sərt bəyanatında bəzi Fransa rəsmilərinin rəsmi siyasi açıqlamalarına təəccübünü qeyd edərək, bu cür bəyanatların davam etməsinin Fransanın İslam ölkələri ilə münasibətlərinə zərər verəcəyini, şiddət və nifrət hisslərini artıracağını söyləyib.

İƏT istər İslam, istər xristianlıq, istərsə də yəhudilikdə olsun, ilahi peyğəmbərlərə (ə) edilən təhqirləri qınamağa davam edəcəyini qeyd edib.

Təşkilat bir daha din adı altında həyata keçirilən “terror aktlarını” qınayıb və bu cür hərəkətlərin din adına yazılmamalı olduğunu vurğulayıb. İƏT-ə görə bu fərdi və ya qrup halında bir hərəkət sayılmalıdır.

Teqlər

Şərhlər