Noy 21, 2020 18:18 Asia/Baku
  • Lavrov:

Sergey Lavrov bildirib: "Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdləri qəbuledilməzdir".

SəhərAzəri xəbər verir, bu barədə İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli üçtərəfli nizamlanmaya dair bəyanatı şübhə alına almaq olmaz: "Ermənistan rəhbərliyi ilə danışıqlarda bu bəyanatın alternativsiz olduğu etiraf edildi. Qeyd olundu ki, Ermənistan daxilində və xaricində bəyanatı şübhə altına qoymaq qəbuledilməzdir. Ermənistan baş naziri və prezidenti bəyanatın icrasına tam sadiqliklərini bəyan etdilər. Onlar bu bəyanatın ciddi problemləri həll etdiyini, insanların həyatını xilas etdiyini bildirdilər".

Teqlər

Şərhlər