• İranlı tədqiqatçılar növbəti elmi uğura imza atıblar
    İranlı tədqiqatçılar növbəti elmi uğura imza atıblar

Tehran və Kirmanşahın tibb universitetlərinin tədqiqatçıları qan xərçəngi hüceyrələrini qandan ayıra bilən nanomotor hazırlaya biliblər.

İRNA-nın verdiyi məlumata görə, Tehran tibb universitetinin tədqiqatçısı Mahmud Əmuzadə Təbrizi bu layihənin məqsədləri barədə deyib: Bu tədqiqat layihəsində ucuz maddələrdən istifadə edilərək, ondan qan nümunələrində HL-60 xərçəng hüceyrəsini ayırmaq üçün istifadə edilən nanomotorun hazırlanmasına səy göstərilib. 

Təbrizi sözü gedən nanomotorda istifadə edilmiş maddələr barədə deyib: Bu nanomotorun hazırlanmasında Oksid Maqanın nano səhifələrindən, poli etilin imin, Nikel nano zərrəciklər və qızıldan istifadə olunub. 

Floresans kimi metodlarla qan nümunələrindən xərçəng hüceyrələrini ayırmaq xəstəliyin diyaqnostikası və müalicəsinin ən xərcli mərhələsidir və bu prossesin ağır xərclərini nəzərə alaraq müalicə mərhələləri üçün əvəz edici metodların öyrənilməsi böyük zərurət daşıyır. 

2016-cı ildə dünyada 25 min insan qan xərçəngi nəticəsində ölüblər. 

Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına görə, hər bir xəstə üçün qan xərçənginin müalicə xərci 36 min dollar təşkil edir. 

Jun 13, 2018 12:39 Asia/Baku
Şərhlər